21.11.2015
Gündəm
Avtomobil hissələri oğurlayan Gürcüstan vətəndaşı yaxalandı
Avtomobil ehtiyat hissələri oğurlamış şəxslər saxlanılıb. Cars-az-ın DİN-in saytına istinadən məlumatına görə, noyabrın 11-nə keçən gecə Şəmkir şəhərində Dəllər qəsəbə sakini Ramin Hüseynova məxsus mağazadan dam örtüyü sökülməklə avtomobil ehtiyat hissələri oğurlanmışdı. Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşı Rəşad Əliyev və Dəllər qəsəbə sakini Əli Yusifov tutulub.
Emin