Maşın oğruları ələ keçdi

Maşın oğruları ələ keçdi

Avtomobil qaçırmış şəxslər tutulub. Cars-az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xəzər RPİ və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də Sabunçu rayonu ərazisindən Emin İbrahimova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmış Bakı şəhər sakinləri Tural Qədirov və Elman Cəbiyev tutulublar. E.Cəbiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Samir Abbasova və Anar Quliyevə məxsus “VAZ-2106” markalı avtomobilləri qaçırması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Dostlarınla paylaş


Şərhlər


Top