17.03.2016
Gündəm
Nadir Qafarzadənin ÖLÜM XƏBƏRİ yayıldı
Bu gün ATV telekanalında yayımlanan verilişlərdən birində tanınmış müğənni Nadir Qafarzadənin ağır yol qəzasına düşdüyü və öldüyü xəbəri verilib. Lent.az məsələ ilə bağlı müğənni ilə əlaqə saxlayıb.N.Qafarzadə bildirib ki, deyilənlər şaiyədir və sağ-salamatdır: "Bilmirəm, niyə bu cür şaiyələr yayırlar. Mən heç bir yol qəzasına düşməmişəm. Belə söz-söhbətlər mənə lazım deyil. Bu şaiyələrin kimə və niyə lazım olduğunu anlaya bilmirəm".