16.03.2016
Gündəm
Azərbaycan və Türkiyə pilotları şərti terrorçuları məhv etdilər
Türkiyənin Konya şəhərində keçirilən "TURAZ Şahini – 2016" birgə taktiki-uçuş təlimləri davam edir. Bu barədə Сars-az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Təlimlərin ssenarisinə əsasən, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə "F-16" qırıcı təyyarələri ilə şərti olaraq terroristlərin yerləşdiyi məkanların məhvetmə əməliyyatını keçiriblər. Təlim əməliyyatı zamanı şərti döyüşə girən "F-16" qırıcıları qoruma təyyarələri vasitəsilə mühafizə edilib. Birgə keçirilən əməliyyat uğurla başa çatıb. Şərti terroristlər və onların yerləşdikləri ərazi məhv edilib.
Təlimlər davam edir.
Elmin