16.03.2016
Gündəm
Bakı Metrosunda caz dinləyəcəksiniz
Məşhur cazmen Vaqif Mustafazadənin doğum gününə həsr edilmiş xüsusi proqram hazırlanıb.
Сars-az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni"nin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, bu gün saat 15:00-dan etibarən Bakı Metrosunun bütün stansiyalarında məşhur cazmenin əsərlərini dinləyə biləcəksiniz.
“Milli cazı milli radioda və Bakı Metrosunda dinləyin. 3 saatdan artıq davam edəcək proqramdan həzz alacaqsınız”, deyə məlumatda qeyd olunur.