Metroda göyərti bazarı açıldı – FOTO

Metroda göyərti bazarı açıldı – FOTO

Paytaxtın “Neftçilər” metrostansiyasının çıxışında bir nəfər qutular düzərək, göyərti satır. Cars-az axar.az-a istinadən xəbər verir ki, metro girişlərində və ümumiyyətlə, Bakı küçələrində kənd təsərrüfatı məhsullarının ticarətinin çoxdan ləğv olunduğu üçün bu addım sakinlərin diqqətini çəkib. Ticarətçi metronun qabağında özünəməxsus şəkildə piştaxta qurub, göy-göyərti, tərəvəz məhsulları satmaqdadır. Yolun tən ortasında bazar açan alverçi yanında elektron tərəzi də qoyub. Piştaxtanın özəlliyi isə ayrı-ayrı yeşiklərdən ibarət vitrin düzəldilməsidir.

Qeyd edək ki, hazırda “göy bazarı” fəaliyyətdədir və yəqin ki, uzun müddətdir Bakıda olmayan bu satıcıya qaydaları izah edən, onu kənd təsərrüfatı bazarına yönəldən yoxdur.

http://axar.az/cdn/2015/december/22/axar.az1450771106goy2.jpg

Dostlarınla paylaş


Şərhlər


Top