22.12.2015
Gündəm
Yük avtomobilində narkotik vasitə aşkar edilib
İrandan Azərbaycana yük maşınında narkotik maddə gətirmək cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin «Qoşa Təpə» gömrük postunda Naxçıvan MR-dan İran ərazisindən tranzit keçməklə Azərbaycana gələn Azərbaycan vətəndaşı Abuzər Həsənovun idarə etdiyi «DAF XF-95» markalı yük avtomobilinə baxış keçirilib. Baxış zamanı həmin nəqliyyat vasitəsində iki ədəd bükümdə, ümumi xalis çəkisi 48,67 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı təhqiqat aparılır.
Fərid