04.11.2015
Gündəm
«Mən arxa qapıdan düşdüm, bəs siz?»
«ASAN xidmət», «ASAN könüllülər təşkilatı» və «Bakubus» şirkəti birgə maraqlı bir layihəyə start verib. "Nəqliyyat bələdçisi" adlı yeni layihədə iştirak edən könüllülər öz fəaliyyəti ilə həm sərnişinləri maarifləndirəcək, həm də sürücülərin işini asanlaşdıracaq. Onlar ""Mənim Bakıkartım var, bəs sizin?"", "Mən arxa qapıdan düşdüm, bəs siz" və s. kimi şüarlar yazılmış qırmızı gödəkçələri geyinib, yeni avtobuslarda xidmətə başladılar. Layihənin məqsədi "Bakubus" şirkətinə məxsus avtobuslarından istifadə və davranış qaydaları haqqında sərnişinləri maarifləndirməkdir. Könüllülər gün ərzində növbəli şəkildə 3 saata yaxın sərnişinlərə xidmət göstərəcəklər.