"Gələn il Bakı-Tiflis-Qars dəmiryolu istifadəyə veriləcək”

"Gələn il Bakı-Tiflis-Qars dəmiryolu istifadəyə veriləcək”

"Gələn il Bakı-Tiflis-Qars dəmiryolu istifadəyə veriləcək”

“İnanıram ki, bu ilin sonuna qədər olmasa da gələn il Bakı-Tiflis-Qars dəmiryolu istifadəyə veriləcək”. Cars-az teleqraf-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Ticarət və Gömrük naziri Cenap Aşcı deyib.

Türkiyəli nazirin sözlərinə görə, dəmiryolu xəttinin çəkilməsində problem əsasən tunel hissə ilə bağlıdır: "Tunel hissədə çəkiliş bitəndən sonra işlər daha asan olacaq. Biz istərdik ki, bu dəmiryolu bu gün açılsın. Amma bəzi səbəblərdən gecikir. Gələn ilə Bakı-Tiflis-Qars dəmiryolu xəttinin istifadəyə veriləcəyinə inanıram".

Türkiyədəki siyasi durumun Bakı-Tiflis-Qars dəmiryolu xəttinin çəkilməsinə təsir etmədiyini deyən nazir hazırkı hökumətin bu xəttin istifadəsində maraqlı olduğunu bəyan edib.

Dostlarınla paylaş


Şərhlər


Top