04.11.2015
Gündəm
Məkkədə aşan kran ben Ladenin ailəsinin çıxdı
Sentyabrın 11-də Məkkədə aşaraq 100-dən çox zəvvarın ölünə səbəb olan kranın “Saudi BinLaden Group”a mənsub alman şirkətinə aid olduğu bilinib. Lent.az-ın RiaNovosti saytına istinadən məlumatına görə, “Saudi BinLaden Group” şirkəti Usama ben Ladenin ailəsinə məxsusdur. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
“Məscidül-Həram” məscidinin genişləndirilməsi layihəsi 14 milyard dollara başa gələcək. Genişləndirildikdən sonra məscidə 2.2 milyon insan sığacaq.