Yolu keçmək istəyən 2 piyadanı maşın vurdu

Yolu keçmək istəyən 2 piyadanı maşın vurdu

Yolu keçmək istəyən 2 piyadanı maşın vurdu

Abşeronda iki piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, hadisə Abşeron rayonunun Goradil qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Oqtay Əliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerliləri Rövşən İbrahimovu və Əmrah Gülməmmədovu vurub. Hadisə nəticəsində xəsarət alan hər iki piyada xəstəxanaya yerləşdirilib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top