10.12.2015
Gündəm
Maşınların üzərinə belə yazılar yazmayın – Xəbərdarlıq
Ötən həftə Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanuna bir sıra dəyişikliklər edildi. Dəyişiklik avtomobillərdə dini yazıların vurulmasını məhdudlaşdırır. Dini yazıların avtomobillərdə qadağan edilməsi məsələsi ilə bağlı onların cərimələnməsi də gündəmə gəlir.
Qeyd edək ki, qanun artıq dövlət başçısına da təqdim edilib. Dini yazılar və ya şüarlar olan avtomobillərin cərimələnməsi adi günlərlə yanaşı, Aşura günü kimi müəyyən dini ayinlərin icra olunduğu vaxtlarda da davam etdiriləcək. Çünki bu cür yazılar dini radikalizmin təbliği kimi qiymətləndiriləcək.