09.12.2015
Gündəm
Yeni il bayramı günlərində sərnişin qatarlarına əlavə vaqonlar qoşula bilər
"Azərbaycan Dəmir Yolları" QSC 31 dekabr - 1 yanvar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar sərnişinlərin böyük axınını nəzərə alaraq bütün daxili reyslərin qatarlarına əlavə vaqonlar qoşa bilər. Cars-az xəbər verir ki, bu barədə "report"a şirkətin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, sərnişinlərin sayından asılı olaraq, bütün qatarlara ümumilikdə 320-yə qədər əlavə vaqon qoşula bilər.
"Biletlər qatar yola düşməyə 10 gün qalmış alınmalıdır. Əlavə vaqonlara biletlərin satışı isə onların qatara qoşulduğu gün həyata keçiriləcək", - N.Əzməmmədov bildirib.