08.11.2015
Gündəm
Maşını düzgün park etməyən sürücünü döydülər - Bakıda
Bakı şəhərinin Nəsimi rayonunda xuliqanlıq hadisəsi baş verib. Cars-az-ın lent.az-a istinadən məlumatına görə, 22-ci Polis Bölməsinə müraciət edən Aslanov Xəqani Mətləb oğlu bildirirb ki, "QAZ 3110" markalı avtomobilini Şamil Əzizbəyov küçəsi, 148 ünvanının qarşısında düzgün park etmədiyi üçün tanımadığı 2 nəfər onunla mübahisə edib. Mübahisə zəminində həmin şəxslər X.Aslanovu xuliqanlıq zəmnində döyüblər. Müraciət əsasında araşdırma aparılır.