08.11.2015
Gündəm
Bakıda "Audi" markalı avtomobil belə yandı
Noyabrın 7-i axşam saatlarında Badamdar qəsəbəsində, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısında avtomobil yanıb. Avtosfer.az-n musavat.com-a istinadən məlumatına görə, “Audi” markalı avtomobil yanaraq külə dönüb. Xoşbəxtlikdən hadisə zamanı sürücü xəsarət almayıb. İlkin ehtimal kimi avtomobilin yanmasının səbəbi mühərrikdə elektrik naqillərinin alışması göstərilir. Hadisə yerinə FHN və polis əməkdaşları cəlb olunub. Avtomobilin kimə məxsus olduğu hələlik məlum deyil