25.03.2016
Gündəm
Maşını cərimə meydançasına aparılan sürücü özünü yandırdı - GƏNCƏDƏ
Göygöl rayon sakini Gəncədə özünü yandırıb. Сars-az APA-ya istinadən bildirir ki, hadisə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin yaxınlığında qeydə alınıb. Göygöl rayon Quşqara kənd sakini, 1970-ci il təvəllüdlü Nəzər Məmmədəliyev üzərinə benzin tökərək özünü yandırıb. O dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. 2-3-cü dərəcəli termiki yanıq diaqnozu qoyulan N.Məmmədəliyevin vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, N.Məmmədəliyevin avtomobilini yol polisi əməkdaşları cərimə meydançasına aparıblar. O avtomobilinin yanına buraxılmadığına görə etiraz əlaməti olaraq özünü yandırıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.