24.03.2016
Gündəm
Rayon Polis Şöbələrindən birində 1-ci müavin işdən azad olunub
Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) rəisinin 1-ci müavini işdən azad olunub. Сars-az "report"a istinadən xəbər verir ki, Daxili işlər nazirinin əmrinə əsasən Elçin Əsgərov Tovuz RPŞ rəisinin 1-ci müavini vəzifəsinə təyin olunub. İşdən azad olunan 1-ci müavin Zəfər Zeynalov Daşkəsən Rayon Polis Şöbəsinə (RPŞ) rəis müavini vəzivəsinə göndərilib. Tovuz RPŞ-dən bildirilib ki, E.Əsgərov bundan əvvəl Tovuz RPŞ-nin Qovlar Polis Bölməsində (PB) çalışıb.