Kadırovdan baykerlərə jest

Kadırovdan baykerlərə jest

Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov baykerlərə motosikletlər hədiyyə edib.

Cars-az anspress-ə istinadən xəbər verir ki, Kadırov "Gecə canavarları" adlı klubun Rusiyaya xidmətlərinə görə belə bir jest edib.

Çeçenistan Respublikasının başçısı baykerlərlə birgə görüntülərini öz Instagram səhifəsindən paylaşıb və bunları qeyd edib: ""Xirurq" ləqəbli Aleksandr Zaldostanovun lideri olduğu “Gecə canavarları” bayker qrupu ilə gəzintiyə çıxdıq və yaxşı vaxt keçirdik. Zaldostanov Rusiyanın həqiqi vətənpərvər övladıdır. Onun bütün həyat fəaliyyəti sübut etdi ki, o Vətəni qiymətləndirir və buna görə gecə və gündüz çalışmağa hazırdır", - deyə Kadırov vurğulayıb.

Dostlarınla paylaş


Şərhlər


Top