Üçqapılı avtobus açıqlaması

Üçqapılı avtobus açıqlaması

"Bakı şəhərində xəttdən çıxarılan üçqapılı avtobuslar birdəfəlik istismardan çıxarılmayacaq".

Cars-az-in xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov "Xəbər Sizsiniz" verilişində bildirib. Nazirlik rəsmisi üçqapılı avtobusların şəhərin iri küçələrində işləyəcəyini bildirib.

"Üçqapılı avtobusların bəzilərinin təhlükəsizlik yastığı sıradan çıxmışdı. Bu da sərnişinlərin həyatını təhlükəyə atırdı. Təhlükəsizlik yastığında problem olmayan üçqapılı avtobusların şəhər və şəhərkənarındakı enli küçələrdə istismara veriləcəyi gözlənilir", - deyə Namiq Həsənov bildirib.

Dostlarınla paylaş


Şərhlər


Top