15.01.2016
Gündəm
İstanbul-Bakı reysi ləğv edildi
“Türk hava yolları” aviaşirkəti əlverişsiz hava şəraitinə görə yanvarın 16-a planlaşdırılmış İstanbul-Bakı reysini ləğv edib, aviaşirkətin saytında məlumat yayılıb.
Сars-az trend-ə istinadən xəbər verir ki, təyyarə İstanbuldan yanvar ayının 16-da yerli vaxtla saat 08:15-də uçmalı idi.
Müvafiq olaraq Bakıdan İstanbula geri uçacaq təyyarənin də yerli vaxt ilə saat 14.35-ə planlaşdırılmış reysi ləğv edilib.
“Türk hava yolları” aviaşirkəti son günlərdə əlverişsiz hava şəraitinə görə onlarla beynəlxalq və daxili reysləri ləğv edib.