Hava xəbərdarlığı - leysan olacaq

Hava xəbərdarlığı - leysan olacaq

İyulun 18-də Azərbaycanın bəzi ərazilərində leysan yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Cars-az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 18-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və axşam yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 25-29 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında iyulun 18-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xaraketli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 28-33, dağlarda gecə 13-18, gündüz 19-24 dərəcə isti olacaq.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top