04.11.2015
Gündəm
Nəqliyyat sektorunda sərnişindaşıma 4% artıb
Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən bu ilin yanvar-iyun aylarında 109,6 mln. ton yük və 900,2 mln. nəfər sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən Cars-az-a bildirilib ki, 2014-cü ilin eyni dövrünə nisbətən yükdaşınması 1,5%, sərnişin daşınması 3,8% artıb.
Yük daşınması hava nəqliyyatı ilə 11,5%, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 3,8%, metro ilə 3,7%, hava nəqliyyatı ilə 1,8% artıb.