Hava pisləşəcək, güclü külək əsəcək, qar yağacaq

Hava pisləşəcək, güclü külək əsəcək, qar yağacaq

Hava pisləşəcək, güclü külək əsəcək, qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Сars-az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Temperatur 4-7 dərəcə enəcək.

Azərbaycanın rayonlarında fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur 5-8 dərəcə enəcək.

Dostlarınla paylaş


Şərhlər


Top