Bakıdakı duman Gəncə reysini ləngidib

Bakıdakı duman Gəncə reysini ləngidib

Bu gün Bakı şəhərində səhər saatlarından müşahidə olunan dumanlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınmasına ciddi təsir etməyib. Bu barədə "Report"a paytaxt aeroportundan bildirilib. Lakin əlavə edilib ki, Bakıdan Gəncəyə saat 09:55 radələrində uçmalı olan təyyarə dumanlı hava şəraitinə görə qrafik üzrə uça bilməyib. Qeyd edilən istiqamət üzrə ancaq indi sərnişinlər təyyarəyə minməyə başlayıblar. Yaxın dəqiqələrdə təyyarənin yola salınması planlaşdırılır.

Dostlarınla paylaş


Şərhlər


Top