Gürcüstan gömrüyündə gərginlik: sürücülər aksiya keçirdilər

Gürcüstan gömrüyündə gərginlik: sürücülər aksiya keçirdilər

Gürcüstan gömrüyündə gərginlik: sürücülər aksiya keçirdilər

Gürcüstanın gömrük sistemindəki süni əngəllərdən narazılıq edən türkiyəli ağırtonnajlı yük maşınlarının sürücüləri etiraz aksiyası keçiriblər.

Сars-az apa-ya istinadən bildirir ki, Türkiyədən Gürcüstan istiqamətində hərəkət edən yük maşınları Gürcüstan gömrükçüləri tərəfindən yaradılan süni əngəllərlə üzləşirlər.

Faktı Türkiyənin Gürcüstandakı səfirliyindən də təsdiqləyiblər: "Bununla bağlı biz qarşı tərəflə müxtəlif səviyyədə danışıqlar aparmışıq. Məlum olub ki, Türkiyədən olan yük maşınlarının detallı şəkildə yoxlanılması Gürcüstan tərəfinin tətbiq etdiyi yeni qaydalarla əlaqədardır. Biz gömrük prosedurlarının minimuma endirilməsi ilə bağlı razılıq əldə etmişik. Bu məsələni diqqətdə saxlayırıq. Düşünürük ki, yük maşınlarının hərəkət etdiyi və "İpək yolu"nun tərkib hissəsi olan Türkiyə-Gürcüstan-Azərbaycan marşrutu olduqca çevik və effektiv olmalıdır".

Qəzet yazır ki, azərbaycanlı sürücülər də Gürcüstan gömrüyündəki problemlərdən narazıdır: "Azərbaycanlı sürücülər bildirir ki, Gürcüstan gömrükçüləri təkrar yoxlama adı altında onları gömrükdə daha çox ləngidir. Bəzən bizi apardığımız yükü dəfələrlə boşaldıb, sonra isə təkrar yükləməyi məcbur edirlər. İndiyədək belə hallarla rastlaşmamışdıq. Yaranmış vəziyyət onu deməyə əsas verir ki, əngəllər süni şəkildə yaradılır".

Dostlarınla paylaş


Şərhlər


Top