Sabahın hava proqnozu - sulu qar yağacaq

Sabahın hava proqnozu - sulu qar yağacaq

Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağaçağı gözlənilir, yarmadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Сars-az-a verilən məlumata görə, günün ikinci yarısında yağış tədricən kəsiləcək, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, arabir sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 1-5, gündüz 6-11 dərəcə isti, dağlarda 3-8 şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Dostlarınla paylaş


Şərhlər


Top