22.11.2015
Gündəm
Duman Bakıdakı aviareyslərə necə təsir edir?
Duman Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarələrin qəbuluna və yola salınmasına təsir etməyib. Cars-az xəbər verir ki, bu barədə Trend-ə aeroportdan bildirilib. Məlumata görə, təyyarələrin uçuşu cədvələ uyğun həyata keçirilir. "Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Aeroport normal rejimdə işini davam etdirir", - deyə aeroportda bildiriblər.