Dollara görə 11 nəfər cərimə olunub

Dollara görə 11 nəfər cərimə olunub

Bakıda 11 nəfər valyuta tənzimi qaydasını pozduqları üçün cərimə olunub. Сars-az xəbər verir ki, bu barədə DİN-in rəsmi saytı məlumat yayıb. Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Zirəddin Ələsgərov, Bəhruz Bilalov, Samir Məsimov, İbiş Nuriyev, Məmmədəli İsmayılov, Sumqayıt şəhər sakini Nicat İsmayılov, Hacıqabul rayon sakini Zaur Əliyev, Oğuz rayon sakini Vahid Çələbiyev, Masallı rayon sakini Rəşad Cəfərov, Neftçala rayon sakinləri Vüsal Həsənov və Emin Ələkbərov valyuta tənzimi qaydasını pozduqları üçün saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Dostlarınla paylaş


Şərhlər


Top