11.01.2016
Gündəm
Avtovağzalda dava: 1 nəfər ölümcül döyüldü
Bakının Binəqədi rayonunda cinayət hadisəsi baş verib. Сars-az xəbər verir ki, hadisə Beynəlxalq Avtovağzalda qeydə alınıb. Bakı şəhər sakinləri – 1985-ci il təvəllüdlü Zaur Bayramov və Famil Babayev xuliqanlıq zəminində Xırdalan şəhər sakini, 1972-ci il təvəllüdlü Valeh Nəsibovu döyüblər. Valeh Nəsibov xəstəxanaya gətirilib və orada tibbi yardım alıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsində araşdırma aparılır.