Dəmiryolçular Kiyevə toplaşır

Dəmiryolçular Kiyevə toplaşır

Noyabrın 20-si və 21-də Ukraynanın paytaxtı Kiyevdə Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrinin Dəmir Yol Nəqliyyatı Şurasının 49-cu iclası keçiriləcək. Tədbirdə quruma üzv dövlətlərin dəmiryolu idarələrinin rəhbərlərinin iştirakı nəzərdə tutulub. Nəqliyyat Nazirliyindən bildiriblər ki, tədbirdə Azərbaycanı Dövlət Dəmir Yolu İdarəsinin nümayəndə heyəti də iştirak edəcək. İclasda 200-ci ilin ötən dövrü ərzində dəmir yolu şəbəkəsinin mövcud vəziyyəti və görülən işlər müzakirə ediləcək. Həmçinin 2008-2009-cu illər ərzində qatarların hərəkət cədvəli və normativləri, dəmir yolu ilə təhlükəli maddələrin daşınması məsələlərinə də diqqət yetiriləcək.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top