Sabah Azərbaycanda 27 dərəcə isti olacaq

Sabah Azərbaycanda 27 dərəcə isti olacaq

Aprelin 28-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cars-az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 18-23 dərəcə, bəzi yerlərdə 25 dərəcəyədək isti olacaq. Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-15, gündüz 18-23, bəzi yerlərdə 27, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.

Dostlarınla paylaş


Şərhlər


Top