Dəhşətli qəzada ölən 3 nəfərin kimliyi bilindi

Dəhşətli qəzada ölən 3 nəfərin kimliyi bilindi

Dəhşətli qəzada ölən 3 nəfərin kimliyi bilindi

Bakı Şəhər Baş Polis İdarəsi Bakıda 3 nəfərin ölümü nəticələnən yol qəzası barədə məlumat yayıb. İdarənin mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, aprelin 17-də saat 21:30 radələrində Bakının Heydər Əliyev prospektində naməlum sürücünün idarə etdiyi “Lifan” markalı (Lerik rayon sakini Nizami Aslan oğlu Rufullayevə məxsus) avtomobilin idarəetməsini itirərək işıq dirəyinə vurub. Nəticədə avtomobildə olanlar, Bakı şəhər sakinləri - 1984-cü il təvəllüdlü Faiq Rafiq oğlu Dəmirov, 1985-ci il təvəllüdlü Anar Sərdar oğlu Əmirov və 1990-cı il təvəllüdlü Zaur Sərvər oğlu Əmirov aldığı xəsarətdən hadisə yerində ölüb. 1954-cü il təvəllüdlü Akif Səlim oğlu Səlimov Kliniki Tibbi Mərkəzə daxil olub, vəziyyəti ağırdır. Fakt Nizami RPİ 23-cü PB tərəfindən araşdırılır.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top