Avtobusda cibgirlik edəni "iş başında" tutdular

Avtobusda cibgirlik edəni "iş başında" tutdular

Avtobusda cibgirlik edəni "iş başında" tutdular

Aprelin 16-da Sumqayıt şəhərində 5 saylı xətt avtobusunda cibgir cinayət başında yaxalanıb.

Cars-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəhər sakini Nəbi Kərimzadənin cibindən 35 manatını oğurlamış Şamaxı rayon sakini İlham Baxşəliyev saxlanılıb.

Onu elə Nəbi Kərimzadənin özü tərəfindən saxlanılıb və 3-cü polis bölməsinin əməkdaşlarına təhvil verilib. İlham Baxşəliyevin üzərinə baxış zaman 8,11 qram marixuana aşkar edilərək götürülüb və onun Şamaxı Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Dostlarınla paylaş


Şərhlər


Top