04.11.2015
Gündəm
Daha bir yolu bağladılar
Bakıda yollardan biri avtomobillərin hərəkəti üçün bağlanır. Nqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Cars-az-a verdiyi məlumata görə, bu gün səhər saat 11:00-dan Bakı-Ələt yolunun Bibiheybət məscidinin qarşısından Bayraq meydanına qədər olan hissəsində hərəkət məhdudlaşacaq. "Yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq", - deyə Pünhan Mürsəliyev bildirib. Nəzərdə tutulan işlərin yaxın 3-4 saat ərzində başa çatdırılması planlaşdırılır.
Fidan