04.11.2015
Gündəm
Bakı metrosundakı bu olay təkrarlana bilər
Bakı metrosundakı sürüşkən pilləkən əhvalatı indi də "Gənclik" stansiyasında təkrarlana bilər. Cars-az day.az-a istinadən bildirir ki, adı çəkilən stansiyada təmir işlərinə start verilib və orada da yerə sürüşkən mərmər vurulur. Məsələ ilə bağlı saytın əməkdaşı Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayevlə əlaqə saxlamağa çalışıb. Ancaq ondan cavab almaq mümkün olmayıb. Xatırladaq ki, "28 May" stansiyasında yerə sürüşkən mərmərin döşənməsi ucbatından dəfələrlə xoşagəlməz hadisələr baş vermişdi.