Cibgir avtobusda "iş başında" yaxalandı

Cibgir avtobusda "iş başında" yaxalandı

Bakıda avtobusda oğurluğa cəhd edən Sumqayıt şəhər sakinindən narkotik vasitə götürülüb. Cars-az xbərə verir ki, bu barədə anspress Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nəsimi rayon Polis İdarəsi 20-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsimi Babayev tutulub. Saxlanılan şəxs martın 28-də 88 saylı xətt avtobusunda Bakı şəhər sakini Zenfira Sadıqovanın çantasından içərisində 73 manatı olan pul kisəni açıq talama yolu ilə aparmağa cəhd göstərib. Ondan 1,3 qram heroin də götürülüb.

Dostlarınla paylaş


Şərhlər


Top