Bu yolları da bağlayırlar

Bu yolları da bağlayırlar

Avropa Oyunları ərəfəsində paytaxtın bir sıra küçə və prospektlərində maşınların hərəkətində məhdudiyyət olacaq.

Cars-az anstv-yə istinadən xəbər verir ki, bunu Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov deyib. O açıqlamasında bildirdi ki, Bayıl qəsəbəsi, 20-ci sahə dairəsi, Azneft, Neftçilər, Heydər Əliyev və Ziya Bünyadov prospektləri, 3-cü kənar dairəvi yol və bu yolları birləşdirən digər küçə və prospektlərdə fasilələrlə avtomobillərin hərəkətində məhdudiyyətlər olacaq və istiqamət dəyişdiriləcək. Bunun üçün o sürücülərə tövsiyyə etdi ki, şəsxi avtomobillərdən deyil, ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər.

Vaqif Əsədov həmçinin onu da bildirdi ki, BDYP artq gücləndirilmiş iş rejiminə keçib.

Dostlarınla paylaş


Şərhlər


Top