Bacıoğlu dayısı ilə birgə “Lexus”u qaçırdı

Bacıoğlu dayısı ilə birgə “Lexus”u qaçırdı

Bacıoğlu dayısı ilə birgə “Lexus”u qaçırdı

Mayın 3-də saat 06:00 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisindən Bakı şəhər sakini Tamilla Alverdiyevaya məxsus “Lexus” markalı avtomobili tanışı, Bakı şəhər sakini Turan Məmmədli tərəfindən qaçırılıb.

Cars-az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avtomobil DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən Binəqədi rayonunun ərazisində hərəkətdə olarkən aşkar edilib və Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Avtomobildə olan 2 nəfərdən 1-i qaçıb, Bakı şəhər sakini Habil Quliyev isə tutulub.

H.Quliyev izahatında avtomobildə olan digər şəxsin bacısı oğlu Turan Məmmədli olmasını bildirib. Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top