Bu prospekt nə vaxt açılır?
Cars-az xəbər verir ki, prospektin Böyükşor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan 5,3 km hissəsində işlərin tez bir zamanda başa çatdırılması üçün Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC-nin çoxlu sayda işçi qüvvəsi və texnikası əraziyə cəlb olunub.
Təmirin aparılmasında əsas məqsəd ilk Avropa Oyunlarına hazırlıq dövründə Heydər Əliyev prospektinin görkəmini dəyişməkdi. Prospektin əsaslı yenidənqurmadan sonra 2008-ci ildə istismara verilməsini, eyni zamanda ay ərzində həmin ərazidən 1 milyondan artıq nəqliyyat vasitəsinin hərəkət etməsini nəzərə alsaq asfalt-beton örtüyünün üst qatının dəyişdirilməsinə böyük ehtiyac var idi. Nəqliyyat Nazirliyi Azəryolservis ASC-dən verilən məlumata görə təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının götürülərək yenisi ilə əvəzlənməsi, səki daşlarının dəyişdirilməsi, ayrıcı zolağa tamet daşının döşənməsi, zəruri olan ərazilərdə yağış-kanalizasiya sisteminin yenidənqurulması,yeni yağış barmaqlıqlarının quraşdırılması, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi,yerüstü piyada keçidinin rekanstuksiyası və s. işlər həyata keçirilir. Artıq Bağırov körpüsünə qədər olan hissədə asfalt-beton işləri yekunlaşıb. Axşam saatlarınadək Heydər Əliyev Mərkəzinin qarşına qədər olan hissədə asfalt-beton örtüyünün döşənməsi işlərinin başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub. Paralel olaraq asfalt-beton işləri qurtaran hissədə yolun hərəkət hissəsinin üfüqi nişanlanması, işıq dirəklərinin rənglənməsi və digər işlər davam etdirilir. Tezliklə görülən işlər nəticəsində prospekt tam yeni və müasir görkəmdə olacaq.