«Bilik Günü» yol qəzalarında 4 nəfər öldü

«Bilik Günü» yol qəzalarında 4 nəfər öldü

«Bilik Günü» yol qəzalarında 4 nəfər öldü

Azərbaycanda sentyabrın 15-də avtomobil vurması nəticəsində 3 piyada ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, sentyabrın 15-də saat 02 radələrində Bakının Nərimanov rayonu F.X.Xoyski küçəsində “Grand Cheroke” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişi vurulub və həmin şəxs hadisə yerində ölüb. Həmin gün saat 10 radələrində Yevlax şəhərində rayon sakini Hüseyn Nadirov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Pakizə Heydərovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada ölmüşdür. Şəki rayonu Aşağı Göynük kəndində isə Axşam saat 18 radələrində Zaqatala rayon sakini Elməddin Qocayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Faiq Tahirovu vurub. Piyada hadisə yerində ölüb.

Ümumiyyətlə isə sentyabrın 15-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Qeyd olunan faktlarla bağlı araşdırma aparılır.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top