12.01.2016
Gündəm
Bakının mərkəzində qazıntı aparılır
Сars-az milli.az-a istinadən xəbər verir ki, paytaxtın Neftçilər prospektində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının qarşısından başlayaraq "Azneft" dairəsi istiqamətində təmir və yenidənqurma işləri aparılır. Yolun ortasında ayırıcı dəmir məhəccərlər qurulub, prospektin ortasında qazıntı işləri aparılır, kommunikasiya xətləri çəkilir.
Buna baxmayaraq, yolda nəqliyyatın hərəkətinə hər hansı məhdudiyyət qoyulmayıb.