12.01.2016
Gündəm
Avtomobildən dərman oğurlandı - 4 min manatlıq
Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib. Сars-az xəbər verir ki, hadisə Ş.Mehtiyev küçəsi, 81 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Aydəmir Eldar oğlu Eyvazova məxsus “Hyundai-Santafe” markalı avtomobilin şüşəsini sındırılıb və oradan 4.440 manat dəyərində 4 qutu dərman oğurlanıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşları tərəfindən araşdırma aparılır.