12.01.2016
Gündəm
Bakıda tıxac yaranıb
Bakıda bu dəqiqələrdə Neftçilər prospektindən Bülbül prospektinin kəsişməsinədək olan hissədə nəqliyyat vasitələrinin sıxlığı yaranıb.
Сars-az xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Bundan başqa, Yusif Səfərov küçəsində (Cavanşir körpüsü istiqamətində), Zərifə Əliyeva küçəsi, A.Bakıxanov küçəsi (Dövlət Statistika Komitəsi istiqamətində), həmçinin Tbilisi və Nobel prospektlərində ("Nargilə" kafesindən "NSZ" adlanan hissəyə qədər) avtomobillərin sıxlığı müşahidə edilir.