04.11.2015
Gündəm
Bakının bəzi yollarında nisbi sıxlıq müşahidə olunur
Bu gün Bakı şəhərinin yollarında nəqliyyatın hərəkətində güclü tıxac müşahidə olunmayıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Cars-az-a verilən məlumata görə, bu gün səhər saatlarında paytaxt yollarında uzun müddətli sıxlıq müşahidə olunmayıb. Nisbətən sıxlıq Sumqayıt-Bakı şosesində qeydə alınıb.
Azadlıq prospektində (Ziya Bünyatov prospekti istiqamətində) az sıxlıq müşahidə olunur.
Fərid