04.11.2015
Gündəm
Daha bir sürücü piyadanı vuraraq qaçıb
Bakının Nəsimi rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Lada Priora” markalı avtomobillə yolu keçən şəhər sakini Məzahir Namazov vurulub. Cars-az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb. Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi (RPİ) tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Nurlan