07.01.2016
Gündəm
Bakının bəzi küçələrində tıxac yaranıb
Bu gün səhər saatlarında Bakı şəhərinin bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Cars-az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, hazırda Yusif Səfərov küçəsi (Neftçilər Xəstəxanasının qarşısı), Ziya Bünyadov prospekti, Koroğu Rəhimov küçəsi (Prezident İqamətgahı istiqamətində), habelə Neftçilər prospektində və Üzeyir Hacıbəyov küçəsində (Cavanşir körpüsünün yanı) avtomobillərin hərəkətində nisbi sıxlıq yaranıb.