Xınalıq yolu 6 gündən sonra açıldı

Xınalıq yolu 6 gündən sonra açıldı

6 gündür bağlı olan Quba-Xınalıq yolu bu dəqiqələrdə qardan təmizlənərək açılıb. Bu barədə ans press-ə hazırda həmin yolda fəhlələrlə birlikdə olan Qubadakı 6 saylı yol istismar idarəsinin rəisi Aydəmir Manafov məlumat verib. Onun sözlərinə görə, 3 gündür ki, yolda işləyən nəqliyyat işçiləri həyatları hesabına yolu aça biliblər. Çünki yolda hər an qar kütləsi tez-tez texnikanin, işçilərin üstünə düşürmüş. Fəhlələrin təhlükəsizliyinə bu anda 3 faiz belə zəmanət vermədiyini deyən Aydəmir Manafov bildirib ki, qarın təmizlənmə işlərinə idarənin 23 işçisi, 5 texnikası cəlb olunub.

Artıq Xınalıq sərhəd zastavasının yolu tam açılıb.

Dostlarınla paylaş


Şərhlər


Top