04.11.2015
Gündəm
Bakıda yol çəkənlər yol kəsən rolunda –VİDEO
Bakıda yol xətlərinin çəkilməsi zamanı yaranmış mənzərə başlıqda yazılan atalar sözünü xatırladır. Cars-az milli.az-a istinadən xəbər verir ki, bu gün Yeni bulvarın qarşısındakı yolda xətlər çəkilərkən qəribə mənzərə müşahidə olunub. Rəngləmə işləri görənlər ictimai nəqliyyatın dayanacağını qapayıblar. Sürücülər isə avtobusları yolun ortasında saxlamaq məcburiyyətində qalıblar.
Sual olunur bu xətləmə işlərini gecə vaxtı edə bilməzdilərmi?