04.11.2015
Gündəm
Sabah 29 dərəcə isti olacaq
Mayın 19-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah ölkə ərazisində cənub küləyi əsəcək, axşam şimal küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 11-15 dərəcə, gündüz 21-26 dərəcə isti olacaq
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə dumanlı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 12 -17, gündüz 24- 29 dərəcə, dağlıq rayonlarda gecə 5- 10 , gündüz 15-20 dərəcə isti olacaq.
Fidan