04.11.2015
Gündəm
Bakıda yerlə sürünən yol nişanı
Bakının "Nərimanov" metrostansiyasının yaxınlığında yol nişanı yerindən çıxarılaraq bir kənara atılıb.
Cars-az milli.az-a istinadən xəbər verir ki, adıçəkilən ərazidə, prospekt kəsişməsində istiqaməti göstərən yol nişanı lazımsız əşya kimi beton oturacağı ilə qarışıq yerindən çıxarılaraq yararsız hala salınıb.
Ərazidən keçən sürücülərdən biri həmin yol nişanının şəklini çəkərək saytımıza göndərib və bildirib ki, nişan uzun zamandır yerindən çıxarılıb, ancaq Siqnal İdarəsi bunu görməzlikdən gəlir.